15 C
Baku
Monday, May 6, 2024

Leonardo DiCaprio haqqında 5 fakt

20 il bundan əvvəl ilk dəfə böyük ekrana çıxandan bəri DiCaprio ilk Oscar mükafatını alıb. O bundan əvvəl bu mükafata beş dəfə nominasiya edilsə də, onu qazana bilməmişdi. Burada mükafatlı ulduzun həyatı haqqında 5 mühüm faktı diqqətinizə çatdırırıq.160229130427_leo2_549x549_getty_nocredit

Kiçik ekrandan böyük ekrana

DiCaprio əvvəl-əvvəl kiçik ekranda, “Roseanne and the New Lassie” də daxil televiziya şoularında görünüb.

Lakin onun ilk iştirak etdiyi film 1991-ci ildə çəkilmiş elmi-fantastik qorxulu “Critter 3” filmi olub.

1997-ci ildə DiCaprio “Titanic” filmində aktrisa Kate Winslet-in tərəf-müqabili olub və bütün kassa rekordlarını geridə buraxıb.

160229130853_leo3_624x351_paramountpictures_nocredit
“Titanic” Filmindən

“Titanic” 2,19 milyard dollarla bütün zamanların ən çox pul gətirən ikinci filmi olmuşdu. Bu filmdən daha çox pul gətirən yalnız 2,78 milyard dollar qazanmış “Avatar” filmi idi.

Bəxti yalnız altıncı dəfə gətirdi

DiCaprio özünün kino karyerasında Oscar mükafatına 5 dəfə nominasiya edilmişdi.

O, ilk dəfə bu mükafata “Gilbertin xəyalları” (What’s Eating Gilbert’s Grape ) filmində ən yaxşı köməkçi rola görə təqdim olunmuşdu.

O habelə “Aviator”, “Qanlı almaz” (Blood Diamond) və “Wall Street canavarı” (The Wolf of Wall Street) filmlərindəki rollarına görə ən yaxşı aktyor tituluna nominasiya edilmişdi.

Üstəlik o, “Wall Street canavarı” filminin prodüseri idi və film 2 il əvvəl “ən yaxşı film” adına nominasiya edilmişdi.

Nəhayət 2016-cı ildə o, bu mükafatı əllərində tuta bilib. “Ən yaxşı aktyor” mükafatını ona “Sağ çıxan” filmində oynadığı xəzdərili heyvan tələçisi Hugo Glass obrazına görə veriblər.

İqlim dəyişikliyi fəalı

“İqlim dəyişikliyi bir həqiqətdir. O elə bu saat baş verir” – deyib DiCaprio 2016-cı ilin Oscar mərasimində ən yaxşı aktyor mükafatını alarkən.

“Bu bizim canlı aləmin üzləşdiyi ən ciddi təhlükədir və biz birlikdə, kollektiv şəkildə işləməli, bu qəflət yuxusundan oyanmalıyıq.

DiCaprio 2014-cü ildə BMT-nin iqlim dəyişikliyi elçisi olub və bu problem barədə daim səsini ucaldıb.

O, həmçinin 2007-ci ildə “11-ci saat” (11th Hour) adlı sənədli filmi istehsal edib və səsləndirib. Bu filmdə söhbət qlobal iqlim mühitinin vəziyyətindən bəhs edilirdi.

"Sağ çıxan" (The Revenant) filmindən
“Sağ çıxan” (The Revenant) filmindən

Aktyor ətraf mühit təşkilatlarına 9,5 milyon funt sterlinq məbləğində vəsait ianə edib.

Ana məhəbbəti

İnternet Film Məlumatları Bankının informasiyasına görə, DiCaprio indiyədək Golden Globes və Baftas da daxil 70-dən çox mükafata layiq görülüb.

Ən yaxşı aktyor titulu üçün Baftas mükafatını qəbul nitqində DiCaprio anası Irmelin Indenbirken-ə xüsusi minnətdarlığını bildirmişdi.

BBC-Azeri

Son xəbərlər
 ⁠
Digər xəbərlər