Xalq artisti Leyla Şıxlinskayanın rəhbəri olduğu klinikanı satmasına dair xəbər yayılıb.
Banker.az xəbər verir ki, Qafqazinfo artıq klinikaya yeni direktor təyin edildiyini də yazıb.
Medicina.az məsələni dəqiqləşdirmək üçün Leyla Şıxlinskaya klinikası ilə əlaqə saxlayıb. Xəstəxanadan saytın sorğusuna cavab olaraq bildiriblər ki, klinika “Referans Qrup”un rəhbərliyi altında fəaliyyətini davam etdirir.
O da qeyd edilib ki, klinikanın direktoru və baş həkimi də dəyişməyib. Hazırda klinikanın direktoru Rafiq Dəmirçalov, baş həkim isə Samirə Tağıyevadır.