25 C
Baku
Saturday, July 27, 2024

“LG” şirkəti şəffaf televizor təqdim edib

“LG” şirkəti qatar və restoranlarda istifadə edilə bilən yeni şəffaf ekranlarını təqdim edib. Yeni ekranlar analoqlarla müqayisədə 4 dəfə daha şəffafdır.

“LG” şirkəti şəffaf OLED ekran təqdim edib və qurğudan necə istifadə etmək lazım gəldiyini nümayiş etdirib. Məsələn, restoranlarda barmen və ya ofisiantla ünsiyyət üçün şəffaf televizordan istifadə etmək olar. Eyni zamanda sifarişdəki menyunu displeyə çıxartmaq olar.

Həmçinin 55 düymlük şəffaf OLED displey qatar vaqonlarında quraşdırıla bilər. Sərnişinlər hava proqnozu, xəbərlər və səyahət haqqında informasiyaya baxış zamanı mənzərələrdən zövq ala bilərlər.

Mənbəİctnews
Son xəbərlər
Digər xəbərlər