26 C
Baku
Saturday, April 20, 2024

Liderlikdə “Sadiqlik yaradan tərz” hansı hallarda istifadə edilməlidir?

Müəllif : Nahid Nəsirov

Ötən yazılarımda Liderlik tərzlərindən Məcburedici tərz və Avtoritar tərz haqında tərcümələri Sizlərlə paylaşmışdım. Bu yazımda isə Sadiqlik yaradan tərz haqqında məlumat verməyə çalışacam. Xatırladım ki, məqalə 2000 ci ildə HBR jurnalında dərc edilmiş və dünyada liderliklə bağlı yazılan məqalələrin ilk onluğunda yer almışdır. 

Sadiqlik yaradan tərz. Əgər, məcburedici lider “Mənim söylədiyimi et,”, avtoritar lider “Mənimlə gəl” deyirsə sadiqlik yaradan lider isə “Əvvəlcə insanlıq” deyər. Bu liderlik tərzi işçilərə və onların duyğularına vəzifələrdən və məqsədlərdən daha çox dəyər verər. Sadiqlik meydana gətirən lider işçiləri xoşbəxt etmək və onlar arasında uyğunlaşma yaratmaq üçün səy göstərər. Güclü emosional bağlar quraraq insanları idarə edər. Bu tərzin ünsiyyət üzərində də əhəmiyyətli dərəcədə müsbət bir təsiri vardır. Bir-birini çox sevən insanlar daha çox danışarlar, düşüncələri paylaşarlar. Bu tərz elastikliyə aparar. Belə ki, davamlı yenilənməyə və risk almağa icazə verəcək şəkildə yoldaşlar bir-birlərinə güvənərlər. Çeviklik artar, çünki, yetişməkdə olan bir yeniyetmə üçün evdə həyat qaydalarını nizamlayan bir valideyn kimi bağlılıq meydana gətirən lider də işçilərin işlərini necə edəcəkləri mövzusunda gərəksiz yerə möhkəm qaydalar təlqin etməz. Şəxslərə, ən effektli olduğunu düşündükləri tərzdə işlərini yerinə yetirmələri üçün azadlıq verər.

Qəbul edilmə duyğusu və yaxşı edilmiş işin qarşılığı olaraq bağlılıq meydana gətirən lider çoxlu müsbət rəy verir. Nadir olduğuna görə bu cür geribildirimlərin iş yerində xüsusi bir təsiri vardır. İllik bir qiymətləndirmənin xaricində çox adam gündəlik səyləri üçün heç bir geri bildiriş almaz və ya yalnız mənfi geribildirim alır. Bu bağlılıq meydana gətirən liderin müsbət ifadələrini daha da motivasiya edici edər. Son olaraq, bağlılıq meydana gətirən liderlər aid olma duyğusunu inkişaf etdirməkdə ustadırlar. Onlar, birbaşa özlərinə bağlı işçilərin, necə çalışdıqlarını yaxından anlamaq üçün birə-bir yeməyə ya da içməyə apararlar. Bir qrupun müvəffəqiyyətini qeyd etmək üçün tort gətirərlər. Onlar təbii olaraq yaxşı əlaqələr quran kəslərdir.

New York Yankees’in ruhu və ürəyi olan Joe Torre klassik bir bağlılıq meydana gətirən liderdir. 1999 World Series əsnasında Torre, bir bayraq yarışının emosional təzyiqini üzərlərində hiss edən  oyunçularının ruhi vəziyyətləriylə yaxşı bir şəkildə maraqlanmışdı. O dövrdə atası ölən Scott Brosius’u, yas tutarkən belə komandaya bağlılığını qoruduğu üçün bütün mövsüm boyunca xüsusilə təriflədi. Komandanın final matçından sonrakı təbrik mərasimində Torre sağalan oyunçusu Paul O’Neill’i xüsusilə axtardı. O’Neill, o səhər atasının öldüyü xəbərini almasına baxmayaraq bu nəticə matçında oynamağa qərar vermişdi və matç bitdiyində də göz yaşlarında boğulmuşdu. Torre, O’Neill’in fərdi mübarizəsinin fərqində olduğunu, ona “döyüşçü” deyə xitab edərək ifadə etdi. Torre bu şəkildə o, komandaya və klubun sahibinə açıq bir şəkildə oyunçulara çox dəyər verdiyi onları itirməyəcək qədər çox dəyərli olduğu mesajını verirdi.

İşçilərinin duyğularını güdməkdən başqa bağlılıq meydana gətirən bir lider öz duyğularını da açıqca ortaya çıxarar. Torre, qardaşının ölüm təhlükəsi altında bir ürək nəqli üçün gözlədiyi il narahatlıqlarını oyunçuları ilə bölüşmüşdü. Yenə öz prostat xərçəngi müalicəsi haqqında da oyunçuları ilə səmimi qəlbdən danışmışdı.

Sadiqlik yaradan tərzin ümumiyyətlə müsbət təsiri onu bütün şərtlər üçün yaxşı bir yanaşma edər, lakin, liderlər xüsusilə komanda uyğunlaşması meydana gətirməyə, mənəvi yüksəltməyə, ünsiyyəti inkişaf etdirməyə və ya qırılan etibarı yenidən meydana gətirməyə çalışdıqlarında bunu istifadə edərlər. Məsələn, araşdırmamızdakı bir idarəçi, mərhəmətsiz bir sıra liderinin yerinə işə alınmışdı. Əvvəlki lider personalın işlərinin kreditini özünə almış və onları bir-birləri ilə qarşı-qarşıya gətirməyə cəhd etmişdi və bunun nəticədə müvəffəqiyyətsizliyə uğramışdı. Ancaq, arxada buraxdığı işçiləri şübhəçi və zəif idilər. Yeni idarəçi emosional dürüstlüyünü əsirgəməyərək və bağları yenidən quraraq vəziyyəti düzəltməyi bacardı. Onun liderliyi bir neçə ay içində yenilənmiş bir bağlılıq duyğusu və enerjisini yaratdı.

Faydalarına baxmayaraq bağlılıq meydana gətirən tərz tək başına tətbiq edilməməlidir. Onun sıx olaraq tərif üzərində fokuslanması zəif performansın davam etməsinə icazə verə bilər. Belə ki, çalışanlar sıraviliyin xoş görüldüyünü düşünə bilərlər. Sadiqlik meydana gətirən liderlər necə inkişaf olacağına dair konstruktiv istiqamətdə nadir tövsiyələr etdiyindən işçilər bunu necə edəcəklərini öz başlarına tapmaq məcburiyyətindədirlər. Kompleks problemlər arasında yol almaq üçün açıq əmrlər ehtiyac duyduğunda bağlılıq meydana gətirən lider onları sükansız buraxar. Həqiqətən də əgər həddindən artıq etibar edilirsə bu tərz bir qrupu müvəffəqiyyətsizliyə apara bilər. Bəlkə də bunun üçün Torre’nin də aralarında olduğu çox bağlılıq meydana gətirən lider bu tərzi avtoritar tərz ilə bir arada istifadə edir. Avtoritar lider bir vizyon ortaya qoyar, standartları müəyyən edər və insanların öz işlərinin qrupun məqsədlərinə necə xidmət etdiyini bilmələrini təmin edər. Bunu bağlılıq meydana gətirən liderin maraqlanan, emosional bağları bəsləyən tərzi ilə növbəli istifadə edərsəniz güclü bir kombinasiyaya sahib olarsınız.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər