10 C
Baku
Friday, December 13, 2024

“LinkedIn” dünya üzrə yeni frilans platformasını işə salıb

İş axtarışı xidməti “LinkedIn” tamamilə yeni xidmətini – frilans platformanı istifadəyə verib. Banker.az xəbər verir ki, platforma “Service Marketplace” adını alıb.

Onun özəlliyi ondan ibarətdir ki, burada frilanser iş axtara bilməz. O, hesab açır və potensial müştəri qısamüddətli iş üçün icraçı tapın onunla razılığa gəlir. Bu gün “Service Marketplace” qlobal miqyasda hamı üçün əlçatandır və tamamilə pulsuzdur.

Frilanser olaraq bu və ya digər tapşırığı yerinə yetirməyə hazır olduğunuzu göstərmək üçün hesabınıza müvafiq dəyişikliklər etməlisiniz. İndi xidmətdə 250 iş kateqoriyası var, gələcəkdə onların sayını 500-ə qədər artırılması planlaşdırılır.

“LinkedIn” onu frilanser və ya qısamüddətli iş üçün namizəd tapmaq üçün bir yer kimi təqdim edir. Yeni məhsul şirkətə “Fiverr” və “Upwork” ilə rəqabət aparmağa imkan verir.

Beta-versiyanın işlədiyi dövrdə platforma yalnız ABŞ-da mövcud olub və 2 milyona qədər frilanser cəlb edə bilib. Ümumilikdə, “LinkedIn”in təxminən 800 milyon istifadəçisi var.

Son xəbərlər
Digər xəbərlər