8 C
Baku
Friday, December 13, 2024

LinkedIN profili: iş qazanmaq üçün əsas nüanslar

LinkedIn – sosial şəbəkəsi məhz olaraq professional məqsədlər üçün yaradılıb. Bu sosial şəbəkə bu və ya digər iş sahəsi üzrə bütün yeniliklərdən xəbərdar olmağa, faydalı kontaktlar yaratmağa və professional əhatə dairəmizi genişləndirməyə imkan verir.

Bəs LinkedIn-dən karyera pilləsində irəliləmək, sosial şəbəkə vasitəsilə perspektivli iş əldə etmək nə dərəcədə mümkündür?

LinkedIn profili – bir növ istifadəçinin professionallıq portretidir.

Ekspertlərin fikrincə, LinkedIn profili iş elanları üzrə ixtisaslaşmış saytlarda CV yerləşdirməkdən daha geniş imkanlar təqdim edir. Azərbaycanda LinkedIn şəbəkəsi yeni-yeni populyarlıq qazanmağa başlayıb.

LinkedIn sosial şəbəkəsində şəxsi hesab yaradarkən profilin məlumat ilə tam olaraq təmin edilməsinə xüsusi diqqət ayırın. Bütün nailiyyətlərinizi, bacarıqlarınızı qeyd edin, kreativlik nümayiş etdirin. Bu zaman yalnızca iş təcrübənizi qeyd etməklə kifayətlənməyə və işinizlə bağlı təqdimat, video və s. bu tip fayllar əlavə edə bilərsiniz.

Profilin tam olaraq doldurulması işəgötürən şəxslərin nəzərinə çarpmaq şanslarınızı dəfələrlə artırır. Özünüz haqqında (təhsil, iş təcrübəsi, həyata keçirilmiş layihə, test nəticələri, xobbi və s.) nə qədər çox məlumat yerləşdirsəniz, rəhbər şəxslər üçün bir o qədər çox marağa səbəb olacaqsınız.

Şəkil əlavə etməyi unutmayın. Lakin burada kiçik, lakin çox mühüm qayda var. LinkedIn professional yönümlü sosial şəbəkə olduğundan profil fotosu keyfiyyətli, mümkün qədər rəsmi xarakterli olmalıdır.

Profilin ilkin bloku olan Summary hissəsini mütləq olaraq doldurun. Kiçik professional xüsusiyyətlərdən ibarət olan bu kiçik təqdimat sizi mütəxəssis olaraq cəlb edilməyiniz üçündür. Bu hissə fəaliyyət sahəsi, əldə edilmiş təcrübələr, profil maraqları və s. kimi kiçik məlumatlardan ibarət olur. Əsas məlumat isə sizi hansı vakansiyaların maraqlandırdığı olmalıdır.

LinkedIn şəbəkəsi özünəməxsus bir qaydaya əsaslanır: dostun nə qədər çoxdursa, imkanların bir o qədər genişdir. Keçmiş iş yoldaşarınızı, dostlarınızı, universitet və yaxud məktəb tanışlarınızı dost siyahınıza əlavə edin. Bu sizin imkanlarınızı genişləndirəcək.

İşləmək istədiyiniz şirkətlərin, müəssisələrin LinkedIn profillərini bəyənin və daim nəzarətdə saxlayın. Onların vakansiyalarını, xəbərlərini izləyin. Bu “izləmə” daha sonradan müsahibə zamanı 100% sizin köməyinizə gələcək.

Ekspertlər belə hesab edirlər ki, LinkedIn hesabınız daim yenilənməlidir. İlk addım olaraq profil yaradıb, yeni heç bir şey etmədən uğuru gözləmək kifayət deyil. Fəal olmaq lazımdır. Professional mövzuda materiallar yazın, onu öz səhifənizdə paylaşın. Gündəmdə olduğunuzu, sahəniz üçün vacib suallar haqqında şəxsi fikirə sahib olduğunuzu nümayiş etdirin. Bu zaman qabartmadan nailiyyətlərinizi də qeyd edin.

Mütləq olaraq məqalələrə, paylaşılan statuslara fikir bildirin. Şəxsi mesaj bölümünə gələn mesajları cavabsız qoymayın. Özünüz dialoqa təşəbbüs göstərin. İşəgötürən şəxs özü sizi əlavə edibsə, şirkətə necə faydalı ola biləcəyiniz barədə maraqlanın.

Əsas olan professional fəaliyyətiniz ilə bağlı baş vermiş dəyişiklikləri profilinizdə qeyd etməyi unutmayın. LinkedIn bu haqda dost siyahınızda olan şəxslərə məlumat göndərir. Məsələn, yeni layihəniz bir neçə rəhbər şəxsin marağını cəlb edə bilər.

Son xəbərlər
Digər xəbərlər