-3 C
Baku
Sunday, December 15, 2024

“LinkedIn” səsli ünsiyyət formatını sınaqdan keçirməyə başladı

“LinkedIn” sosial şəbəkəsi səs formatında ünsiyyət qurma imkanlarını sınaqdan keçirməyə başlayıb.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir ki, bu barədə “TechCrunch” yazıb. Sosial şəbəkə istifadəçilərə “peşəkar identifikasiya ilə əlaqəli bənzərsiz audio format” təqdim etməyi vəd edib.

Qeyd edək ki, “LinkedIn”dən başqa audio vasitəsilə ünsiyyət üzərində həmçinin “Facebook”, “Telegram”, “Slack” və “Twitter” də işləyir.

indir 2 1

Şirkət istifadəçilərin daha çox ünsiyyət qurmaq istədikləri üçün yeni funksiya inkişaf etdirdiyini açıqlayıb. “LinkedIn” “Clubhouse”dakı kimi xüsusi ünsiyyət “otaqları” üzərində işləyir.

Şəbəkə funksiyanın görüntüsünü təqdim edib. Audio vasitəsilə ünsiyyət funksiyasının nə zaman işə salınacağı açıqlanmır

Son xəbərlər
Digər xəbərlər