6 C
Baku
Sunday, December 15, 2024

Lirənin məzənnəsi 23.6 səviyyəsinə düşüb – Anti-rekord yeniləndi

Türkiyə lirəsi həftənin cümə axşamı günü 0.8% zəifləyərək rekord minimuma enərək, əvvəlki sessiyada güclü satışdan sonra itkilərini davam etirdi ki, bu da hökumətin valyuta bazarına nəzarəti yumşaltmasının əlaməti olaraq görüldü.

Banker.az xəbər verir ki, bu gün ərzinə dollar/Türk Lirəsi (USD/TRY) cütlüyü bu gün 23.5635 səviyyəsini test etdikdən sonra, bir qədər geri dönüş edərək 23.40 səviyyələrində qərarlaşıb. İstənilən halda bu valyutanın birja açılandan 0.6%-dən çox dəyər itirməsidir.

Ötən gün lirə 7.2% dəyər itirərək cari hökumətin qeyri-ənənəvi siyasətlərinin bir hissəsi olaraq Mərkəzi Bankın yüksələn inflyasiya qarşısında faizləri endirməsindən sonra 2021-ci ilin sonlarında baş verən tarixi çöküşdən bəri ən böyük gün ərzində enişdir.

İqtisadçıların fikrincə, lirənin kəskin ucuzlaşması Ankaranın dövlət nəzarətindən uzaqlaşaraq, sərbəst dövriyyədə olan valyutaya doğru getdiyinə işarədir, baxmayaraq ki, hələ də geri çəkilməyən çoxlu qaydalar və tədbirlər qalmaqdadır.

Qeyd edək ki, Türkiyədə ABŞ-də bankların rəhbərliyində salışmış bankir Hafize Gaye Erkanın Mərkəzi Bankın sədri təyin olunacağı ehtimal edilir.

Bununla belə, iqtisadçılar düşünür ki, ölkədə uçot faiz dərəcəsi 8.5%-dən 25%-ə qədər artırıla bilər və buda lirənin ucuzlaşma sürətinə kəskin təsir edə bilər.

 

Son xəbərlər
Digər xəbərlər