2 C
Baku
Saturday, December 14, 2024

Lirənin məzənnəsi üçün təzyiq: Türkiyənin cari hesablardakı kəsir $9 mlrd.-a çatıb

Türkiyə Respublikasının yüksək qızıl və enerji idxalı fonunda fevral ayında 8.76 milyard dollarlıq cari hesab kəsiri yaranıb və bu gözlənilən 8.5 mlrd. dollarlıq proqnozu üstələmiş olub.

Banker.az bu barədə Türkiyə Mərkəzi Bankına istinadən xəbər verir.

Bununla da sorğulara görə, ölkənin cari hesab kəsiri 2023-cü ildə 45 milyard dollar olacağı gözlənilir.

Cari hesab – ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi.

Yanvarda bu göstərici 9.85 mlrd. dollar idi və ilin ilk iki ayındakı defisit 18.61 mlrd. dollar olub.

Ölkənin cari hesabın əsas komponenti olan xariclə ticarət kəsiri fevral ayında 51.4% artaraq 12.08 milyard dollara çatıb.

Statistika institutunun məlumatlarına görə, enerji və qızılı nəzərə almasaq, ticarət kəsiri 2.46 milyard dollar təşkil edib.

Yeddi iqtisadçının “Reuters”ə bildirdiyinə görə, 2023-cü ildə cari hesab kəsiri üçün median proqnozu 35-63 milyard dollar arasında dəyişən təxminlərlə 45 milyard dollar idi.

Sentyabrda açıqlanan rəsmi proqnozlara görə, Ankara bu il 22 milyard dollarlıq kəsir gözləyir ki, bu da ötən ilki 48.8 milyard dolların yarısına bərabərdir, azalıb və bu, yenə də əsasən enerji və qızıl hesabına baş verib.

Prezident Tayyip Ərdoğanın yeni planına əsasən, səlahiyyətlilər Türkiyənin xroniki cari hesab kəsirini profisitə çevirmək üçün çalışırlar ki, bu da mərkəzi bankın qiymət sabitliyinin yaradılmasına kömək edəcəyini bildirir.

İqtisadçılar ölkənin cənub-şərqində baş verən əsrin fəlakəti – güclü zəlzələlərin təsirini, həmçinin enerji və qızıl idxalının gedişatını izləyirlər. Ticarət Nazirliyinin məlumatlarına görə, zəlzələlər fevral ayında ixracın 1.5 milyard dollar azalmasına səbəb olub.

Hazırda (USD/TRY) cütlüyünün məzənnəsi 19.26 səviyyəsində ticarət edilir, lakin 19.45 səviyyələrini son ticarət sessiyalarında artıq test edib. Beləliklə, lirə ilin əvvəlindən 3%, son bir ildə 32% və son 5 ildə isə 4.3 dəfə ABŞ dollarına qarşı ucuzlaşıb.

2342342443

Son xəbərlər
Digər xəbərlər