19 C
Baku
Tuesday, April 16, 2024

Lisenziyalar üçün dövlət rüsumu 2 dəfə azaldıldı

Lisenziya tələb edən fəaliyyət növlərinin sayı 59-dan 37-ə, 15 iyul 2021-ci il tarixindən isə 36-a endirilib. İqtisadiyyat Nazirliyi tərəfindən verilən (dövlət təhlükəsizliyi ilə bağlı lisenziyalar istisna olmaqla) lisenziyaların sayı 23-dür.

Banker.az xəbər verir i, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə, dövlət rüsumunun məbləğləri 2 dəfə azaldılıb. Sellülar (mobil) rabitə xidmətləri istisna olmaqla lisenziyaların müddətsiz verilməsi müəyyən edilib.

1 iyul 2021-ci il tarixinədək Nazirlik tərəfindən 11018 lisenziya verilib. O cümlədən, “Lisenziyalar və icazələr” portalı vasitəsilə indiyədək 2059 elektron lisenziya verilib.

2021-ci ilin birinci yarısında Iisenziyalaşdırılan fəaliyyət növləri üzrə 731 lisenziya verilib ki, bunun da 621-i yeni, 47-i müddətsiz lisenziya blankı ilə əvəz etmə, 63-ü yenidən rəsmiləşdirmədir.

Ümumilikdə verilmiş lisenziyaların 60%-ə qədəri, o cümlədən 2021-ci ildə verilmiş lisenziyaların 85%-ə qədəri yeni lisenziyalardır ki, bu da aparılan islahatların nəticəsi olaraq sahibkar fəallığını əks etdirir. Pandemiya ilə əlaqədar qlobal çağırışlara uyğun olaraq, elektron ticarətin artımı sürətli poçt fəaliyyəti üzrə verilmiş lisenziyaların artımına təsir edib, 2020-ci və 2021-ci ilin ötən dövründə 80-dan çox sahibkara sürətli poçt fəaliyyəti üzrə lisenziya verilib.

Son xəbərlər
Digər xəbərlər