7 C
Baku
Thursday, December 12, 2024

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında”qanuna dəyişiklik edildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1189-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687) ilə təsdiq edilmiş Əlavə № 4 – “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4.1-ci bəndə “məktəbəqədər” sözündən əvvəl “dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin;

1.2. 4.2-ci bəndə “ümumi” sözündən əvvəl “dövlət ümumi təhsil müəssisələri istisna olmaqla,” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665, № 8, maddə 1369; 2017, № 7, maddə 1332) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissədə “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərində “tibb təhsili üzrə əsas təhsil” sözləri “əsas (baza ali) tibb təhsili” sözləri ilə əvəz edilsin.

3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 dekabr tarixli 1168 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2086) 2.3.3-cü yarımbəndində “ali təhsil müəssisələrinin magistraturalarına” sözləri “magistraturaya (rezidenturaya)” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2019-cu il

Son xəbərlər
Digər xəbərlər