10 C
Baku
Thursday, December 12, 2024

Lisenziyası ləğv edilmiş bankların əmanətçilərinin ərizə qəbulunun müddəti başa çatdı

Bildiyiniz kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv edilmişdir.

Banker.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC və “Amrahbank” ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu (ƏSF) “Atabank” ASC və “Amrahbank” ASC -nin ləğvedicisi təyin edilmişdir.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Fond agent bank vasitəsilə əmanətçilərin ərizələrini kompensasiya ödənişi ilə bağlı elanın ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Məlumat üçün bildirmək istərdik ki, Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin, bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Bununla əlaqədar olaraq, “Atabank” ASC və “Amrahbank” ASC ilə bağlı ilk bildiriş 01.05.2020-ci il tarixində www.adif.az saytında yerləşdirilmişdir.
Qeyd edək ki, sözügedən bildirişlər (3 dəfə) elan edildikdən sonra 1 il müddətində Fond “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sözügedən ləğv prosesində olan bankların sığortalı əmanətlərinin tam şəkildə kompensasiya edilməsi prosesinə başlaması haqqında məlumatı kütləvi informasiya vasitələrində və Fondun rəsmi saytında elan etmiş və kompensasiyaların ödənilməsi prosesinə başlanılmışdır. Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilmişdir. Kompensasiyaların çevik şəkildə ödənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi və xüsusilədə ölkəmizdə tüğyan edən “Covid 19” virusu səbəbilə tətbiq olunan karantin rejiminə riayət olunması məqsədilə qorunan əmanətlər üzrə kompensasiyalar nağdsız qaydada “Kapital Bank” ASC-nin adlı debet kartları və “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilməsinə şərait yaradılmışdır. Həmçinin “Kapitalbank” ASC-nin filial şəbəkəsində əmanətçilərin sıxlığının yaranmaması üçün qorunan əmanətlər üzrə kompensasiyaların ödənilməsi iki mərhələdə baş həyata keçirilmişdir

Son xəbərlər
Digər xəbərlər