25 C
Baku
Saturday, July 27, 2024

Litva Patriarx Kirillin sanksiyalar siyahısından necə çıxarıldığını açıqlayıb

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis bildirib ki, Rus patriarxı Kirillin Aİ-nin növbəti sanksiya siyahısına salınmasına çalışacaq.

Bu barədə “Delfi” nəşri məlumat verib.

Diplomat bildirib ki, patriarxın adının sanksiya siyahısına salınması üçün sübutlar vardı. Əks halda onu siyahıya daxil etmək mümkün olmazdı. Siyahını 27 dövlətin liderləri təsdiqləyib.

Landsberqis qeyd edib ki, Kirillə qarşı sanksiya ilk mərhələdə razılaşdırılsa da, son anda onun adı siyahıdan çıxarılıb. Lakin Litva onun adının 7-ci sanksiya siyahısına salınmasına çalışacaq.

Qərb mətbuatının xəbərinə görə Kirillin (Vladimir Qundyayev) adının çıxarılmasında Macarıstanın Baş naziri Viktor Orbanın rolu olub. Orban iddia edib ki, Rus Pravoslav Kilsəsinin başçısına qarşı sanksiya tətbiqi din azadlığına təhlükə yaradacaq.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər