17 C
Baku
Thursday, May 23, 2024

Lizinq borcunu qaytarmayanlara görə “başını ağrıtmayacaq”

“Aqrolizinq” ASC birbaşa borclularla deyil, hansısa şirkət vasitəsi ilə borclarını geri qaytarmaq istəyir.

Banker.az xəbər verir ki, Respublikanın müxtəlif bölgələrində lizinq müqavilələri üzrə borclu fiziki və hüquqi şəxslər barədə işlər üzrə məhkəmə-hüquqi (ərizələrin hazırlanması, verilməsi və təmsilçilik) xidmətlərinin görəcək şirkət axtarır.

Dövlətə məxsus lizinq şirkəti 50 apelyasiya instansiyası, 30 kassasiya instansiyası və 240 birinci instansiya məhkəmələrində hüquq xidmətlərinin göstərilməsi xidmətini həyata keçirmək üçün bu tenderi elan edib.


Aqrolizinq – Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyətdir

Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə prezident Sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.

“Aqrolizinq”in yaranması zamanı onun qarşısına qoyduğu məqsəd ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığını aradan qaldırması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqlar verməsi idi. Sonradan prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.

Dövlət başçısı 2009-cu il iyulun 21-də Sərəncamla “Aqrolizinq”i Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş qaydalara əsasən “Aqrolizinq” dövlət büdcəsi hesabına alınmış texnika və avadanlıqları fiziki və hüquqi şəxslərə dəyərinin 20 faizini qabaqcadan, qalan hissəsini isə 10 il müddətinə qədər (dəyərindən asılı olaraq) ödəmək şərti ilə lizinqə verməlidir.

Cəmiyyət həmçinin gübrələri, damazlıq mal-qaranı, məhsuldar toxum sortlarını da alaraq fermerlərə güzəştli şərtlərlə satmalıdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər