10 C
Baku
Wednesday, December 11, 2024

Lizinq və lombardla məşğul olan şirkətinin səhmdarlarından biri payını satıb

Lombard və lizinq bazarlarında fəaliyyət göstərən “Kredit Evi” ASC-nin səhmdarları dəyişib.

Banker.az xəbər verir ki, səhmdar Azər Hacıyev Məhərrəm oğlu “Kredit Evi”ndəki payını 2022-ci ilin avqustunda Dürrə Eyvazova Hətəmxan qızına satıb. Dürrə Eyvazova öz payını 30 noyabr 2022-ci ildə qardaşı Kazım Hüseynov Hətəmxan oğluna satıb.

Hal-hazırda 4 000 manat nizamnamə kapitalı var. Səhmdarları hər biri 50% payı olmaqla Səbuhi Əzizov və Kazım Hüseynovdur.

Şirkət 2022-ci ildə 10.11 mln. manatlıq gəlirə qarşı 1.36 mln. manat xalis mənfəət əldə etməklə öncəki ili 2 dəfədən çox (589 min manat idi) üstələyib.

Şirkət səhmdarlarına 2022-ci ildə 915 min manat dividend ayırıb.

Son xəbərlər
Digər xəbərlər