Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə D.İsmayılova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İttiham aktına əsasən, Xətai rayonu ərazisində lombard fəaliyyəti ilə məşqul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi lombarda girov qoyduğu əmlakı mənimsəyib.
D.İsmayılova lombard fəaliyyəti ilə məşqul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun əməlindən 200 nəfər zərər çəkib.
İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.