21 C
Baku
Thursday, April 25, 2024

“Lombardlar haqqında” qanun layihəsi qəbul edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lombardlar haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihə barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O bildirib ki, sənəd ölkədə lombard fəaliyyətinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır: “Odur ki, bu qanun layihəsinin qəbul edilməsinə ciddi ehtiyac var. Sənəd lombard sahəsində mənfi halların çox olması nəzərə alınaraq, sui-istifadə hallarının qarşısını almaq və səmərəliliyin artırılması məqsədi ilə, lombard istehlakçılarının hüquqlarının qorunması üçün hazırlanıb”.

Qanun layihəsi səsverməyə qoyularaq II oxunuşda qəbul edib.

MənbəMarja
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər