Böyük Britaniya Rusiya Silahlı Qüvvələrinin Ukrayna şəhərlərinə kütləvi zərbəsindən sonra Ukrayna sərhədlərinə “Boeing RC-135W” kəşfiyyat təyyarəsini göndərib.
Təyyarə Moskva vaxtı ilə saat 15:00 radələrində Ukrayna sərhədlərinə qalxıb və hazırda Moldovanın cənub-qərb sərhədi boyunca uçuşunu davam etdirir.
Eyni zamanda, planlı kəşfiyyat uçuşu həyata keçirən ABŞ-ın “RQ-4B Global Hawk” pilotsuz kəşfiyyat təyyarəsi Krımın cənub hissəsi yaxınlığında Qara dəniz üzərində uçur.