Böyük Britaniya müxalifətinin narazılığna və yüksək borclanmaya baxmayaraq, paytaxt Londonu ölkənin şimalı ilə birləşdirəcək yüksək sürətli dəmiryolu xətti inşa ediləcək.
Bunu baş nazir Boris Conson bildirib.
Onun sözlərinə görə, bu, Avropanın ən böyük infrastruktur layihəsi olacaq. Onun reallaşdırılması hökumətə 100 milyard funt sterlinqə (təxminən 129 milyard ABŞ dolları) başa gələcək. Dəmir yolu xətti 2031-ci ildə istismara veriləcək. Bununla da həm yeni iş yerləri yaradılacaq, səyahət müddəti qısalacaq, İngiltərənin şimal və mərkəzi bölgələri daha zəngin olan cənubla birləşəcək.
©Report