15 C
Baku
Saturday, April 20, 2024

“Lufthansa” iki hava limanında uçuşları ləğv edir

Almaniyanın “Lufthansa” aviaşirkəti iyulun 27-də Frankfurt-Mayn və Münhen hava limanlarında demək olar ki, bütün reysləri ləğv etmək niyyətindədir.

Bu barədə aviaşirkətin məlumatında deyilir.

Söhbət ümumilikdə 678 (Frankfurt-Mayn hava limanı üzrə) və 345 (Münhen hava limanı üzrə) uçuşdan gedir. Buna səbəb işçilərin tətil etməsi olub.

Qeyd edilib ki, Frankfurt-Mayn hava limanında uçuşların ləğvi 92 min sərnişinə, Münhen hava limanında isə 42 min sərnişinə təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər