26 C
Baku
Saturday, July 27, 2024

“Lufthansa” illik xalis gəlirini iki dəfədən çox artırmağa nail olub

“Deutsche Lufthansa AG” şirkəti 2023-cü ildə xalis mənfəətini iki dəfədən çox – bir il əvvəlki 790 milyon avro ilə müqayisədə 1,7 milyard avroya qədər artırıb.

Şirkətin əməliyyat gəliri 1,8 dəfə artaraq, 2,7 milyard avroya çatıb. Gəlir 14,6 faiz artaraq, 35,4 milyard avroya yüksəlib.

Ötən il aviaşirkət 123 milyon sərnişin daşıyıb ki, bu da 2022-ci ilin göstəricisindən 20 faiz çoxdur. Uçuşların sayı 14 faiz artaraq, 946 minə çatıb. Reyslər üzrə biletlərin satışı 3,1 faiz bəndi artaraq, 83 faizə yüksəlib və pandemiyadan əvvəlki səviyyəsinə qayıdıb.

“Lufthansa”nın Direktorlar Şurası 2023-cü il üçün səhm başına 0,3 avro dividend ödəməyə qərar verib. Bu məsələ ilə bağlı səsvermə mayın 7-də səhmdarların illik iclasında keçiriləcək.

Şirkət, həmçinin bu il təxminən 4,5 milyard avro sərmayə qoymaq niyyətində olduğunu bildirib. Bu sərmayə təyyarə alışı, gözləmə və menyu salonlarının yaxşılaşdırılması və müştəri məmnuniyyətini artırmaq üçün rəqəmsal xidmətləri əhatə edir.

Şirkətin dördüncü rübdəki maliyyə nəticələri analitiklərin gözləntilərindən daha pis olub. “Lufthansa” şirkətinin xalis gəliri 78 faiz azalaraq, 67 milyon avroya, əməliyyat mənfəəti 31 faiz azalaraq, 402 milyon avroya düşüb. Bununla belə, gəlir 5 faiz artaraq, 8,76 milyard avro təşkil edib.

Son xəbərlər
Digər xəbərlər