Almaniyanın ən böyük aviaşirkəti “Lufthansa” Ukraynada baş verən hadisələr fonunda gələn il martın 25-dək Rusiya hava məkanından istifadə etməyəcək.
Bu barədə aviadaşıyıcının saytında dərc edilmiş məlumatda deyilir.
“Lufthansa” mövcud hüquqi vəziyyətə görə 25 mart 2023-cü ilə qədər Rusiya hava məkanından istifadə etməyəcək. Bu səbəbdən qeyd olunan müddət ərzində “Lufthansa”nın Rusiyaya və Rusiyadan bütün reysləri ləğv edilməlidir”, – mətndə bildirilir.
Eyni zamanda, “Lufthansa”nın vəziyyətin inkişafını yaxından izləməkdə davam etdiyi, milli və beynəlxalq hakimiyyət orqanları ilə sıx əlaqə saxladığı vurğulanır.
Şirkət həmçinin Ukrayna ilə uçuşların dayandırılmasını da həmin tarixə qədər uzadıb.