23 C
Baku
Friday, April 19, 2024

“Lukoil Azərbaycan” AİB sədrini məhkəməyə verdi – 5 000 manatlıq təzminat tələbi

“Lukoil-Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Azad İstehlakçılar Birliyinin sədri, tanınmış ekspert Eyyub Hüseynovu məhkəməyə verib.

Banker.az xəbər verir ki, buna səbəb ekspertin Nuranə Göktaş adlı sürücünün yanacaq doldurma məntəqəsi ilə bağlı şikayətini mətbuata ötürməsi olub. Belə ki, mart ayında N. Göktaş adlı xanım birliyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, R. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsində aldadıldığını bildirib.

1536659090 406980248
Eyyub Hüseynovu

Qeyd edib ki, o, maşının çənini tam doldurub, buna görə ondan 56 manat pul alıblar. Sürücü operatora tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirib, artıq alınmış pulun qaytarılmasını tələb edib. Lakin ona “böyüklərdən heç kəs yoxdur” deyərək imtina ediblər.

E. Hüseynov qəbzi götürərək YDM-ə gedib, lakin problem yenə də həll olunmayıb. Bundan sonra birlik sədri şikayəti mətbauata ötürüb.

“Lukoil” şirkəti buna görə E. Hüseynova qarşı işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi iddiası qaldırıb. Azad İstahlakçılar Birliyindən dəymiş mənəvi zərərin ödənilməsi üçün 5000 manat miqdarında təzminat tələb edilir.1536659114 luk

Son xəbərlər
Digər xəbərlər