25 C
Baku
Monday, April 29, 2024

“Lukoil” Bolqarıstandakı biznesini satmaq imkanlarını nəzərdən keçirir

Rusiyanın “Lukoil” şirkəti Bolqarıstandakı aktivləri ilə bağlı strategiyasını nəzərdən keçirəcək, ölkədəki biznesini satmaq imkanlarını təhlil edəcək.

Bu barədə “Lukoil” şirkətinin məlumatında bildirilir.

 

“Bolqarıstanda “Lukoil” qrupuna daxil olan müəssisələrin iş şəraitindəki əhəmiyyətli dəyişikliklə əlaqədar olaraq, bu aktivin strategiyasının nəzərdən keçirilməsinə başlanılıb. Biznesin satışı da daxil olmaqla, beynəlxalq məsləhətçilərin cəlb olunması ilə müxtəlif variantlar təhlil ediləcək”, – məlumatda qeyd olunur.

Bundan əvvəl, Bolqarıstanın Burqas şəhərindəki “Lukoil Neftohim” neft emalı zavodu 2024-cü ilin əvvəlindən neft məhsullarının ixracına kvotaların ləğvi ilə əlaqədar istehsalını dayandırmaq təhlükəsi barədə xəbərdarlıq etmişdi. “Lukoyl” Bolqarıstan hakimiyyətini “istehsalı dayandırmadan riskləri azaltmaq üçün əlverişli həll yolu” tapmaq üçün dialoqa çağırıb.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər