15 C
Baku
Friday, March 29, 2024

“LUKoil” şirkəti  səhmlərinin geri alınması proqramını 2020-ci ildə yekunlaşdıracaq

“LUKoil” şirkəti  səhmlərinin geri alınması (buyback) proqramının 2020-ci ildə tamamlanacağını gözləyir. 

Bu barədə jurnalistlərə şirkətin vitse-prezidenti Leonid Fedun məlumat verib.

“Hələlik, proqramı xeyli qabaqlama ilə gedirik, artıq səhmlərin bazardan satın alınması üçün 1 milyard dollardan çox vəsait xərclənilib. Fikrimcə, prosesi 2020-ci ildə də yekunlaşdıra bilərik. Bu, bazardakı vəziyyətdən asılı olacaq”, – deyə o vurğulayıb. 

Qeyd edək ki, “LUKoil” 2018-ci ilin sentyabrın 3-də, təxminən, 3 milyard dollar məbləğində açıq bazarda şirkətin səhmlərinin və qlobal depozit qəbzlərinin geri satın alınması üzrə proqram başlatdığını elan edib. Daha əvvəl proqramın 2022-ci il dekabrın 30-da başa çatdırılması planlaşdırılırdı.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər