“Lukoyl” neft qiymətləri barədə proqnozunu açıqlayıb

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov ortamüddətli neft qiymətlərinin 50 dollar/barel olacağını proqnozlaşdırır.

O, bunu Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.

O, həmçinin 2022-ci ildə qlobal neft bazarının 100 milyon barel istehlak həcminə çatacağına ümid etdiklərini bildirib.

Onun sözlərinə görə, “Lukoyl” ümumilikdə neft bazarında konyunkturun yaxşılaşması tendensiyasını müşahidə edir.

MənbəTrend
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər