10 C
Baku
Sunday, November 10, 2024

Məhkəmə həbsdə olan nazirlə bağlı qərar verdi

Naxçıvanın sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı müraciətinə baxılıb.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunaraq rədd olunub.

Qeyd edək ki, 17 il Naxçıvanın daxili işlər naziri olmuş Əhməd Əhmədov 2020-ci ildə vəzifəsindən azad edilib, həmin il Bakıda saxlanılaraq həbs edilib. Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Əhməd Əhmədov xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər