28 C
Baku
Saturday, July 27, 2024

Məmməd Quliyevin ötən il 1 mln. qoyduğu BOKT biznesi xalis mənfəətə keçib

Məmməd Quliyevin bank olmayan kredit təşkilatı “NAS Project” MMC 2022-ci ildə aktivlərinin həcmini artırmaqla 2 mln. 613 min manata yüksəldib.

Banker.az xəbər verir ki, bu barədə BOKT-nin audit hesabatında bildirilir.

Hesabata görə, BOKT-nin aktivləri illik müqayisədə 66% artmış olub. Aktivlərindəki artıma əsas səbəb kredit portfelini 1 mln. 477 min manatdan 2 mln. 421 min manata yüksəltməsidir.

Kredit təşkilatı ötən il öhdəliklərini 1 mln. 303 min manatdan 1 mln. 134 min manata endirib.

O zaman sual yarana bilər ki, bu vəsaiti haradan əldə edib kreditlər verib – bu, səhmdarın təşkilata yatırdığı pullar hesabına baş verib. 2022-ci ilin sonuncu rübü səhmdarı tərəfindən BOKT-yə əlavə 1 mln. manatlıq nizamnamə kapitalı yatırılıb.

“NAS Project” BOKT 2022-ci ildə 559 min manat faiz gəliri əldə etməklə 2021-ci ili 6 dəfə üstələyib. BOKT-nin digər gəlir və xərcləri fərqindən əlində 209 min manat üzərində xalis mənfəət qalıb. 2021-ci ili 30 min üzərində xalis zərərlə tamamlamışdı. Öncəki ildə zərər etməsi normal hal sayıla bilər. BOKT 2021-ci ilin ikinci yarısından sonra bazarda iştirak üçün Mərkəzi Bankdan lisenziya əldə edib.

Xatırladaq ki, “NAS Project” BPKT 2021-ci ildə yaradılıb, 1.3 mln. manatlıq səhmlərinin 100%-lik sahibi Məmməd Quliyevdir.

22 12 1

Son xəbərlər
Digər xəbərlər