23 C
Baku
Tuesday, May 28, 2024

Mənbə: Abel Məhərrəmova kabinetini boşaltmaq üçün vaxt verilib

Abel Məhərrəmova Bakı Dövlət Universitetdəki kabinetini boşaltmaq üçün 1 həftə vaxt verilib.

Banker.az bu barədə mənbəyə istinadla xəbər verir ki, sabiq rektor BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir. Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: – havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir. Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Onun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir.

Xatırladaq ki, noyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib. Bundan əvvəl mətbuatda A. Məhərrəmov və səfir oğlu Anar Məhərrəmovun İspaniyada şərab biznesi ilə məşğul olduğu, noyabrın 3-də Madriddə dini tolerantlıq mövzusunda təşkil edilən tədbirlə bağlı bu ölkəyə səfər zamanı nümayəndə heyətinin olduğu təyyarəyə şərab çəlləkləri yüklədiyi barədə xəbər yayılıb. Eyni zamanda A. Məhərrəmovun Madriddə içkili vəziyyətdə tədbirə qatıldığı yazılıb. Məhz bu xəbərin yayılmasından az sonra A. Məhərrəmovun vəzifəsindən azad edilməsi barədə sərəncam imzalanıb. BDU rektorunun vəzifəsindən azad edilməsindən sonra universitetdə prorektorların, dekanların vəzifəsindən azad edildiyi, həbslərin başladığı barədə də xəbərlər yayılmaqdadır.

Mənbə: Musavat.com

Son xəbərlər
 ⁠
Digər xəbərlər