18 C
Baku
Monday, May 27, 2024

Mənim uğurumun sirri: telefonla gözəl davranış qaydaları

Əgər siz məndən peşəkar uğurumu şərtləndirən ən əsas amili göstərməyimi xahiş etsəydiniz, sizcə mənim cavabım nə olardı?

Hər hansı bir mötəbər universitet dərəcəsimi? Güclü və nüfuzlu insanlarla fantastik əlaqələrin, tanışlıqların qurulması, ya həyata davamlı işgüzar etika?

Tapmadınız. Mənim sirrim telefonla gözəl danışıq tərzindədir. 

Ciddi sözümdür. Hal-hazırda bizim ünsiyyətin əsas hissəsi elektron kommunikasiya vasitəsi ilə həyata keçirildiyindən, telefon danışıqları demək olar ki, arxa plana keçib və biz onların nə qədər əhəmiyyətli olduğunu hərdən yaddan çıxarırıq. Lakin həqiqət odur ki, sizin telefon dəstəyinin digər tərəfində eşidilən səsiniz insanda o qədər böyük təəssürat qoya bilər ki, hətta bu sizin üzbəsurət danışığınızdan da daha faydalı olar.

Yerinə düşən nümunə: bu yaxınlarda mən bir qadın ilə ilk dəfə fərdi işgüzar görüş ərəfəsində idim, amma düzünə qalsa onu heç görmək istəmirdim. Görüşə bir saat qalmış özümü sanki ölümə gedirmiş kimi hiss edirdim, məni çox çətin, üzücü bir görüşün gözlədiyinə əmin idim –çünki sonsuz sayda aparılan telefon danışıqlarından sonra bu qadının məndə buraxdığı izlər bundan başqa nə isə gözləməyimə ümid qoymurdu. Məgər siz də başqalarının sizin haqda belə düşünməsini istəyirsiniz? Mən heç də belə olmasını istəməzdim.

Beləliklə, burda sizin telefon danışıq tərzinizi yüksəltməyin və onları sizin də gizli silahınıza çevirməyin yolları göstərilmişdir.

Həmişə ikinci ya da üçüncü zəng səsindən sonra cavab verin

prhone

Düzünsə qalsa heç kəs indiyə qədər mənə bu məsləhəti verməyib, lakin mən bu nəticəyə şəxsi təcrübəm əsasında gəlmişəm, belə ki, məhz nəyin məni kiməsə zəng edərkən daha çox özümdən çıxarmasını diqqətlə müşahidə etmək imkanım olub.

Əksər insanlar telefonu iş prosesinə zərər yetirən birinci növbəli vasitə kimi görürlər, buna görə də telefondan yalnız ən təcili hallarda istifadə edirlər. Ona görə də kimsə mənə zəng edərkən mən çalışıram ki, telefona mümkün qədər tez cavab verim, belə ki, başa düşürəm ki, məhz həmin anda kimin isə nəyəsə ehtiyacı var. Dəstəyi mümkün olduğu qədər tez qaldırmaqla siz artıq həmin insana diqqətlə yanaşdığınızı göstərmiş olursunuz və o, bunu dərhal hiss edir. Belə halda sizin söhbətinizin daha müsbət notlarda başlamasına imkan yaranacaq, nəinki insanı telefon arxasında gözləməyə məcbur etməklə və ya zəngin səsli mesaja keçməsinə icazə verməklə. Növbəti hal heç arzu olunan deyil.

Üstəlik, hal-hazırda hər bir insanın telefon aparatında zəng edən abonentin kimliyinin avtomatik müəyyənləşməsi sistemi (caller ID) vardır, deməli siz zəngin uzun müddət davam etməsinə imkan verməklə zənglərin kimdən gəldiyini müəyyən edirmişsiniz təəssüratını yarada bilərsiniz (Əlbəttə siz zəngləri yoxlayırsınız, lakin siz əminsiniz ki, insanların bundan xəbərdar olmasını istəyirsiniz?

Elə davranın ki, sanki onların zəng etməsinə çox şadsınız

Bir şey qətidir ki, sizə gələn zənglərin əksəriyyəti heç də sizin ən yaxşı dostlarınız tərəfindən deyil. Lakin siz müsahibinizlə elə danışsanız ki, sanki onu eşitməyə çox sevinirsiniz, bu ona bir az yüngüllük gətirəcək və sizin müzakirəniz daha yumşaq və xoş abı-havada keçəcək.

Və əlbəttə, səmimi olun. Sizlə təmasda olan insan sizin münasibətlərin nə səviyyədə olduğunu yaxşı bilir, ona görə də münasibətləri olduğundan daha yüksək və ya sıx qələmə verməyə ehtiyac yoxdur, çünki o sizi içinizə qədər görür. Mənim təcrübə əsasən başlanğıc üçün “Salam! Necəsiniz?” “Hə, mən yaxşıyam, bəs siz necəsiniz” –suallar mübadiləsi hər şeyin yolunda, nəzakət və ağıl çərçivəsində getməsindən ötrü elə ən lazım olan kəlmələrdir

Xoş, həm də eyni zamanda lakonik davranın

Mənim çox tez-tez eşitdiyim stereotiplərdən biri də qadınları telefonda uzun-uzadı danışmağı sevməsi ilə bağlıdır. Mənə gəldikdə, bəlkə də bu həqiqətdən elə də uzaq deyil, lakin bu həmçinin sizə də aiddirsə eybi yoxdur, sadəcə bunu işdə və hamıya qarşı tətbiq etməyə çalışmayın.

caal%20cent

Çalışın ki, söhbətin nəzarətdən çıxmasına imkan verməyəsiniz. Şəxsi zəmində verilən suallar söhbətin ilk 10-15 saniyəsindən daha çox müddətini əhatə etməməlidir, yoxsa bir də görəcəksiniz “Necəsiniz” sualı həm söhbətiniz yeni almış olduğu ev heyvanı və ya dayənin soyuq yeməyi uşağa qızdırmadan verməsi haqqındakı söhbətlərə qədər gedib çıxmışdır. Sonra mən cavab verirəm ki, “Sağ olun, yaxşıyam” və bir başa mətləbə keçirəm: “Belə, sizə nə ilə kömək edə bilərəm?” –Bu hər kəsə xatırladır ki, bu işgüzar, biznes yönümlü bir zəngdir və söhbəti yenidən öz məcrasına qaytarmağa kömək edir.

Nəhayət, lakonik olmağa çalışın. Söhbətin 3-5 dəqiqədən çox davam etməsinə izn verməməklə siz belə təəssürat oyadacaqsınız ki, sanki nə etdiyinizi çox yaxşı bilirsiniz və problemi əl altında saxlamaq ilə heç bir vaxt itkisinə yol vermirsiniz. (həmçinin yadda saxlayın ki, şəxsi ofisiniz olana qədər sizin söhbətlərin çoxu eşidilə və hətta yeri gəlsə dinlənilə də bilər. Söhbətə aludə olmaq üzrə olarkən və ya getdikcə daha da çoxdanışan olduğunuzu gördükcə, bunu həmişə beyninizdə saxlamağa çalışın. =)

Əlavə yardım və informasiya təklif edin

Mən həmişə söhbətləri “mənə görə başqa bir qulluq” ifadəsi ilə yekunlaşdırmğa çalıram, “Sizə yardımçı ola biləcəyim başqa bir şey varmı?” Əgər onların heç nəyə ehtiyacı olmazsa, mən onlara sadəcə öz elektron poçtumu xatırladıram ki, nə isə lazım olsa hara yazmaq lazım olduğunu bilsinlər. Bu çox sadə səslənə bilər, lakin diqqətcil və əlçatan olmağınızı nəzərə çatdırmaqla, əmin olun ki insanların yaddaşında daha bilikli, məsuliyyətli və etimad ediləcək bir həmkar kimi qalacaqsınız.

Bəlkə də gözəl telefon rəftarı qaydaları kiməsə həddindən artıq köhnəsayağı və bayağı görünə bilər. Lakin əmin olun ki, yaxşı cilalanmış telefon danışıqları qabiliyyəti sizə öz xeyrini qazandıracaqdır. Telefon dəstəyindən ağıllı, düşünülmüş istifadə sizə yeni müştəri ələ keçirməyə, həmçinin satellit müəssisələrdə həmkarlar arasında yaxşı münasibətlər qurmağa imkan verəcək- o, hətta siz qəlyanaltı sifariş edərkən əlavə bir müraciət etmədən belə sizin sevimli delikateslərin gətirilməsinə səbəb ola bilər.

Mənbə: Forbes

Son xəbərlər
 ⁠
Digər xəbərlər