28 C
Baku
Saturday, July 27, 2024

Mənzil tikintisinə sərmayə 2021-ci ilin ilk rübündə kəskin azalıb

2021-ci ilin yanvar-mart aylarında tikintiyə sərmayə yatırımlarının həcmi kəskin azalıb.

Banker.az bu barədə Dövlət Statistik Komitəsinə istinadən xəbər verir.

Məlumata görə tikintiyə ayrılan vəsaitin həcmi 39.7% azalaraq 374.9 milyon manat olub. Buradan mənzil tikintisinə ayrılan vəsaitin həcmi isə 205.2 milyon manat, yaxud 2020-ci ilin eyni dövrü ilə müqayisədə 29.2% az sərmayə yatırılmışdır.

Sənayeyə yatırılan sərmayənin həcmi 1 milyard 558 milyon manat olub, bu da öncəki illə müqayisədə 5.6% azdır. Sənayedə 1 milyard 242 milyon mədənçıxarma (-9.1%), 257.2 milyon manat emala (+52.2%), 53.6 milyon manat elektrik enerjisi, qaz və buxar istehsalı (19.2%), 5.2 milyon manat su təchizatı (-89.5%) olmuşdur.

Ümumilikdə yanvar-mart rüblüyündə əsas kapitala yönəldilmiş ümumi vəsaitin 65.9 faizi sənaye, 15.9 faizi tikinti, 8.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.5 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 1.4 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, ticarət; nəqliyyat vasitələrinin təmiri, 1.3 faizi informasiya və rabitə, hər birində 0.4 faiz olmaqla maliyyə və sığorta fəaliyyəti, təhsil, hər birində 0.2 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, dövlət idarəetməsi və müdafiə; sosial təminat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Son xəbərlər
Digər xəbərlər