Məqsədə aparan yolda beynimizin icad etdiyi 5 maneə

Neyropsixoloq Teo Tsausidis “Meneəli beyin” adlı kitabında hədəflərə çatmağımıza mane olan gizli əngəllər və onların öhdəsindən gəlməyin üsulları haqqında danışır. 

Beyin – güclü silahdır. Onu necə idarə edəcəyinizi bilməklə bir çox problemlərinizi həll edə bilərsiniz. İdarəetmə prosesi iki elementdən ibarətdir: dərketmə və maraq. 

Dərketmə – maneənin nə olduğunu, nə ilə nəticələndiyini və onun öhdəsindən necə gələ bildiyimizi anlamaqdır.

Maraq – yeni düşüncənin inkişafı üçün zəruri hesab etdiyiniz addımların, habelə istənilən vəzifəyə nail olmaq bacarığının həyata keçirilməsidir.  

Düşüncə prosesindəki pozuntular bizim üçün müxtəlif maneələr törədir ki, nəticədə yavaşlayırıq və ya hətta geri çəkilməyə başlayırıq. Məqsədə aparan yolda beynimizin icad etdiyi maneələr hansılardır? Onları nəzərdən keçirək. 

Maneə 1: Özünə şübhə etmək

Canavar bizim içimizdədir. Onun bir çox adı var: inamsızlıq, tancaqlıq, özəninamın zəif olması və s. Qeyri-müəyyənlik qorxu yaradır. Qorxu hərəkətə mane olur və zəiflik hissini aşılayır. İnsan öz qabiliyyətinə, sürətli düşünmək bacarığına, gücünə və uğurlarına şübhə etməyə başlayır. Siz yeni ideyaları sınamaqdan, ünsiyyət qurmaqdan və həyatı dəyişdirməkdən qaçırsınız. Daimi qorxu içində yaşamaqdan daha acınacaqlı bir şey yoxdur. 

Həll yolu

Real təhlükə olmasa da, beyin narahatlığa reaksiya verməyə başlayır və bu, şübhələrə yol açır. Bunun qarşısını almaq üçün lazımsız qorxuları yatırmaq lazımdır: dəflərlə qeyri-adi vəzifə ilə qarşılaşan beyin get-gedə öyrəşəcək. 

Çox vaxt kifayət qədər məlumatlı olmadığımız zaman təşvişə düşürük. Faktlar beyini dörd fazalı “dayan-qaç-vur-təslim ol sxemindən daha mürəkkəb və az emosional olan sistemə keçirir. 

“Dahilər və autsayderlər. Niyə kiməsə hər şey, başqalarına isə heç bir şey?” adlı kitabında Malkolm Gladuell uğurun təcrübədən asılı olduğunu yazır.

Maneə 2: Prokrastinasiya

Prokrastinasiya dedikdə, bir şeyi sonraya saxlamaq başa düşülür. Unutmayın ki, uğurun əsas tərkib hissələrindən biri hərəkətdir. Onsuz istəyə nail olmaq mümkün deyil. Prokrastinasiya gecikmələrə səbəb olduğundan, ona əl atmaq heç nə etməmək kimidir. 

Əgər hədəfləriniz üçün konkret bir tarix müəyyən etməsəniz, uğursuzluğa düçar ola bilərsiniz. Hərəkət yoxdursa, nəticə də yoxdur. Prokrastinasiyaya son qoyun!

Həll yolu

Hansı bacarıqlara ehtiyacınız var? Bu işi özünüz etməlisiniz? Bəlkə öhdəliklərinizi başqalarına həvalə edə bilərsiniz? Əgər özünüz etməlisinizsə, bu işin hansı həll variantları var?

Nəticəni təsəvvür edin. Yaxşı olar ki, bütün xırdalıqları nəzərə alasınız. Planınızı həyata keçirmək istəyi sizə yoldan çıxmağa imkan verməyəcək. Hər gün az-az edin. Az – çox şeydir. 

Baryer 3: Çoxvəzifəlilik

Uzun illərdir ki, çoxvəzifəlilik uğurlu insanın əvəzolunmaz atributu sayılır. Soradan bunun ciddi əks tərisləri ortaya çıxdı: çoxvəzifəlilik konsentrasiyanı pozur və narahtlığa səbəb olur. 

Çoxvəzifəlilik mötərizədə həyat kimidir: həmişə hansısa işə başlamaq, hansınısa bitirmək lazımdır. Müəyyən anda hadisələr bir-birinə dolaşır və insan çaşbaş qalır. Məsələn, bu misalın həlli kimi:

(14 + (4 × 5 (6 + 1 – 9)) / (6 + 72 / (3 × 3) + 7 + (9 – 4) / 5 × (3 + (8/4) / 5))) ) = x

Həll yolu

Əksər tədqiqatçılar diqqəti idarə etməyin dörd əsas növünü müəyyənləşdirirlər:

Fokuslandırma: fənəri yandırmaq. İnsan mövcud vəziyyəti görür və diqqəti nəyə yönəldəcəyini özü seçir. Bu, qaranlıq otaqda fənər yandırmaq kimidir. 

Saxlama: işığın sönməsinə imkan verməmək. Yəni, uzun müddət ərzində diqqəti bir şey üzərində cəmləşdirmək qabiliyyəti. 

Seçim və inkar: işığı bir nöqtədə saxlamaq. Bu, diqqəti bir şey üzərində cəmləşdirmək və kənar faktorlara fikir verməmək. 

Növbələşmə: diqqəti bir nöqtədən digər nöqtəyə yönləndirmək. 

2012-ci ildə TED çıxışı zamanı Paolo Kardini çoxvəzifəliliyi birvəzifəlilik ilə əvəz etməyi təklif edib. Bu bacrığı inkişaf etdirmək lazımdır! Məqsədinizi xatırlayın. 

Maneə 4: dəyişkənlik

Möhkəm mövqe ilə lazımsız inadkarlıq arasında böyük fərq var. Plana uyğun hərəkət etmək – əzmkarlı olmaqdır. 

Müasir dövrdə uğur əldə etmək üçün dəyişkənliyi qəbul etmək lazımdır. Dəyişiklərə, yeniliklərə və inkişafa müqavimət göstərmək. İnsan əvvəlki kimi düşünür, baxmayaraq ki, köhnə metodlar öz aktuallığını artıq itirib. 

Həll yolu

Dəyişkənliyin əksi kreativlikdir. Bir vərəqqdə və ya telefonunuzda corabların mümkün istifadə variantlarını yazın. Neçə yol tapdınız? Variantlarınız bir-birinə nə dərəcədə oxşayır? Bu problemin öhdəsindən gəlmək çətin idi?

Problemlərinizi bu qaydada həll edə bilərsiniz: onun mümkün həll yollarını yazın.

Maneə 5: mükəmməlçilik

Siz düşünə bilərsiniz ki, mükəmməlçilik problem sayıla bilməz, çünki insan daim inkişaf etməlidir, özünü təkmilləşdirməlidir. Lakin “ideal” və “yüksək səviyyə” ni formalaşdırmaq və ya ölçmək çətin olduğundan, mükəmməlçilik abstrakt bir şeyə çevrilir. 

Həll yolu

Mükəmməlçilik – prioritetləri müəyyənləşdirmək bacarığının olmamasıdır. Bəzən xörəyin birişirlməsinə daha az vaxt ayrılır, nəinki süfrənin bəzədilməsinə. Hər hansı bir işə başlamadan əvvəl özünüzdən soruşun: “Hal-hazırda məqsədim nədir?”. Çalışın məqsədiniz dəqiq olsun, məsələn, “şam yeməyi bişirmək” və ya “iş üçün təqdimat hazırlamaq”.