25 C
Baku
Saturday, July 27, 2024

Məqsədyönlülük haqqında beş maraqlı hadisə

İnsanın özünü hər hansısa bir işə, ideyaya həsr etməsi tərifə layiq xüsusiyyətdir. Lakin bəzən o elə bir miqyaslar alır ki, dəliliyə bənzəməyə başlayır. Özünüz qiymətləndirin:

1 . Koreya dilində ləhçəsiz danışmaq üçün dilini əməliyyatla uzadan qız

Riannon Bruksbank-Cons koreya dilini öyrənməyə başlayır. Və qısa bir müddətdən sonra dilinin çox qısa olduğu üçün bəzi koreya sözlərini düzgün tələffüz etmədiyinə fikir verir. Riannon koreya dilini öyrənməkdə o qədər irəliləyir ki, artıq sərbəst şəkildə o dildə başa düşür və danışırdı. Ona bu dilə mükəmməl şəkildə sahib olmağa qızın dilinin qısa olduğu üçün bəzi sözlərin düzgün olmayan tələffüzü maneə olurdu.

Və belə olduğu halda Riannon yeganə çıxış yolunu əməliyyat edib dilini uzatmaqda görür. Hal-hazırda o, koreya sözlərini düzgün və ana dilindən fərqlənməyən şəkildə tələffüz edir .

2 . Kolluqlarda gizlənən insan 

Devid Conson ildə 60 min dollar qazanan evsizdir. O kolluqlarda gizlənərək qəflətən oradan çıxır və ətrafdakıları qorxudur. Devid hər gün, istirahət etmədən işləyir. Onun işinə sadiqliyi onu San-Fransiskonun əfsanəsi edir.

Conson o qədər məşhurlaşır ki, artıq ona tamaşa etməyə çox saylı insan kütlələri yığışmağa başlayır. O, hətta özünə zəhlətökən pərəstişkarlarından qorumaq üçün cangüdən tutmalı olur. Bu insanı amerikan arzusunun canlı təcəssümü hesab edirlər: xalqı qorxudaraq istədiyin hər şeyə nail olmaq…

3 . Müsahibə verməyi sevən insan

Qrek Paker hər zamn jurnalistlərin sorğu apardığı yerlərdə peyda olur. O, həyatını onu xəbərlərdə “ küçədən orta statistik insan”ın təcəssümü kimi təqdim etməsinə həsr edib. Qrek artıq müxtəlif hadisələrlə bağlı bir çox mənbələrə- New York Times Fox News, CNN- öz fikrini bildirib.

Parkerin digər sevdiyi sahə isə hər zaman növbələrdə birinci olmaqdır. Ayfon üçün toplanmış növbədə o, birinci idi. Aypod əldə edən alıcıların siyahısında birinci olmaq istəmişdi, lakin onu növbədən qovmuşdular.

4 . İdman avtomobilləri düzəldən görmək qabiliyyətini itirən bir şəxs

Pit Qolsbi görmək qabiliyyətini itriməyə başlayanda həyatın onun üçün bitdiyini düşünürdü. Heç vaxt gənclik arzusunu həyata keçirə bilməyəcəyini hesab edirdi. Daha sonra isə o, artıq işləmədiyi üçün bu qədər boş vaxtı nə ilə isə məşğul olmağa sərf etməli olduğunu anlayır. Pit görmək qabiliyyətini itirdiyinə baxmayaraq idman avtomobili düzəldəcəyinə qərar verir. Və düzəldir də. Hətta bu şəkil üçün poz da verib. Lakin adi həyatda o avtomobil idarə etmir, bunu onun yerinə həyat yoldaşı edir.

5 . İki ay işləmədiyi ofisdə yaşayan gənc

Erik Simons şəxsi işini qurmaq qistəyən gənc biznesmen olub. Lakin onun, bunu necə edəcəyi barəsində anlayışı belə yox idi.

Ən yaxşı çıxış yolunu gənc AOL şirkətinin ( onlayn-xidmətlər və elan lövhələri təqdim edən media holdinqi ) baş ofisində məskunlaşmaqda görür. Bundan əvvəl Erik həmən şirkətdə keçirilən startapların dəstəklənməsinə həsr olunmuş layihədə iştirak etmişdi. Bu layihədən sonra gənc demək olar ki, pulsuz qalmışdı. Lakin Erikdə ofisə giriş üçün nəzərdə tutulmuş elektron beyc qalmışdı. Və o, bu beycdən istifadə etmək qərarına gəlir.

Simons ofisdə divanda yatırdı, idman zalına gedirdi, pulsuz yemək ilə dolu olan korporativ yeməkxanada nahar edirdi. Bunun nə qədər davam edəcəyini təxmin etmək olmazdı, əgər bir gün Erik yatıb qalmasaydı və təhlükəsizlik işçisi tərəfindən yaxalanmasaydı.

Son xəbərlər
Digər xəbərlər