25 C
Baku
Saturday, July 27, 2024

“Mərkəz Lahmacun” restoranı bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 61A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hilalov Sərvər Sərdar oğluna məxsus “Mərkəz Lahmacun” restoranında yoxlama keçirib.

Banker.az xəbər verir ki, AQTA-dan  verilən məlumata görə, yoxlama zamanı müəssisədə texniki normativ hüquqi aktların tələblərinə, temperatur rejiminə və saxlanma şəraitinə əməl olunmadığı aşkar olunub.

Eyni zamanda, işçilərin dövri tibbi müayinədən keçirilməsinə dair sənədlər yoxlamaya təqdim edilməyib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

Son xəbərlər
Digər xəbərlər