26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank 2 şirkətlə müqavilə bağladı

Azərbaycan Respublikasının Mərkəzi Bankı 2 şirkətlə satınalınma müqaviləsi bağlayıb.

Banker.az xəbər verir ki, bu şirkətlər “Estet” MMC və Qartal Tikinti Firmasıdır.

“Estet” MMC ilə bağlanmış müqavilədə Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi ofisi və ərazi idarələrinin inzibati binalarında quraşdırılmış elektrik avadanlıqlarına texniki xidmətin satın alınması nəzərdə tutulur və məbləği 35 990 manatdır.

İkinci müqavilədə isə Azərbaycan Respublikası Mərkəzi Bankının Bakı şəhəri, R.Behbudov küçəsi 90 ünvanında yerləşən mərkəzi ofisində və Bakı şəhəri, Ə.Əliyev küçəsi 10 ünvanında yerləşən inzibati binasında təmir-bərpa işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 41 080 manatdır.

Son xəbərlər
Digər xəbərlər