26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank bank rəhbərləri ilə iclas keçirdi

Mərkəzi Bankın sədri Elman Rüstəmovun 9 iyul 2015-ci il tarixində bank rəhbərləri ilə görüşü keçirilmişdir.

Görüşdə bank sektorunun bir sıra aktual məsələləri, o cümlədən maliyyə xidmətlərinə çıxış, faiz dərəcələri və məsuliyyətli kreditləşmə ətraflı müzakirə olunmuşdur.

Mərkəzi Bank bankların kreditləşdirmə, xüsusilə fiziki şəxslərin kreditləşdirilməsi ilə əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi, kredit siyasətlərinin ölkənin iqtisadi inkişaf prioritetlərini və hədəflərini nəzərə almasının daim diqqətlərinə çatdırılmasına baxmayaraq, kredit faizləri və onunla əlaqəli digər xidmət haqlarının azaldılması templərinin qaneedici olmaması ilə bağlı mövqeyini banklara bildirmiş, hər istiqamət üzrə konkret tapşırıqlarını vermişdir. Bildirilmişdir ki, banklar qeyd olunan istiqamətlərdə bütün imkanlardan və resurslardan istifadə etməlidir. O cümlədən, istehlak kreditləşməsi zamanı komisyon haqlarının 1%-lə məhdudlaşmasının kreditlər üzrə real effektiv faiz dərəcəsini əhəmiyyətli azaldacağı diqqətə çatdırılmışdır.

Banklar bu mövqe və tapşırıqları anlaşıqlı qarşılamış, konstruktiv mövqe nümayiş etdirmişlər. Bu istiqamətdə verilən tapşırıqlar da nəzərə alınmaqla banklar kompleks işlərin görüləcəyini qeyd etmişlər.

Görüşdə bankların resurslarının dəyərinin ucuzlaşdırılması, risklərin azaldılması, xərclərin optimallaşdırılması və onların faiz dərəcələrinə təsiri kimi məsələlər təhlil edilmişdir. Bu istiqamətdə Mərkəzi Bank tərəfindən görülmüş işlər, o cümlədən planlaşdırılan əlavə tədbirlər barədə banklar məlumatlandırılmışdır.

Mərkəzi Bank bildirir ki, kredit faizlərinin azaldılması istiqamətində banklarla birgə iş davam etdiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər