26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank daha bir sığorta brokerinə lisenziya təqdim edib

Azərbaycan Mərkəzi Bankı daha bir sığorta brokerinə bazarda iştirakı üçün lisenziya təqdim edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu, “Status Sığorta Brokeri” MMC-dir.

Qeyd edək ki, şirkət “Status Sığorta Brokeri” 2020-ci ildə yaradılıb, direktoru Oksana Marinçenko Andreyevnadır.

Sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.

Son xəbərlər
Digər xəbərlər