6 C
Baku
Friday, March 1, 2024

Mərkəzi Bank: Neftin ucuzlaşmasının qlobal iqtisadiyyata müsbət təsir etməsi gözlənilirdi, əksi baş verdi

Neftin qiymətinin aşağı düşməsi qlobal iqtisadi artım üçün neqativ effekt verə bilər. Bu barədə Avropa Mərkəzi Bankının açıqlamasında qeyd edilib.

Neftin qiyməti 2014-cü ilin ortalarından enməyə başlayıb və 2016-cı ilin əvvəlində 10 illik minimumu yeniləyib. Qeyd edilən müddət ərzində “Brent” markalı neftin 1 barrelinin dəyəri 70% və ya 82 dollar azalıb. “Neftin hazırkı qiymətlərinə əsaslanıb demək olar ki, orta perspektivdə yalnız tədricən qiymət artımı müşahidə etmək olar”, – deyə Mərkəzi Bankın açıqlamasında bildirilir.

2015-ci ilin əvvəlində hesab olunurdu ki, neftin ucuzlaşması qlobal iqtisadi inkişaf tempinə müsbət təsir edəcək. Lakin neftin qiymətinin ucuzlaşmasının 2015-ci ilin II rübündə də davam etməsi qlobal iqtisadi inkişaf tempinə müsbət təsiri azalıb: “Enerji resurslarının qiymətinin aşağı olması idxalçı ölkələrdə real gəlirlərin artması hesabına daxili tələbatı dəstəkləməsə də, qlobal tələbatın enməsini kompensasiya etmir”.

Avropalı bankirlər bildirir ki, neftin ucuzlaşması ən az neft idxal edən ölkələrin iqtisadiyyatına müsbət təsir edib. Misal olaraq dünyada enerji məhsullarının ən iri idxalçısı olan ABŞ göstərilir.

“2014-cü ilin ortalarından neftin 60% ucuzlaşması təklifin azalması ilə əlaqələndirilsə də, enişin qalan hissəsi tələbin azalması ilə əlaqədardır. Bu iki şok qlobal iqtisadi aktivliyə neqativ təsir edəcək”, – deyə Mərkəzi Bankdan bildirilir.

APA

Son xəbərlər
Digər xəbərlər