Mərkəzi Bank ötən ay valyuta ehtiyatlarını bir qədər də artırıb

0

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bu il noyabrın 1-nə 6 144,7 milyon ABŞ dolları təşkil edib.

Banker.az  xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 110,6 milyon dollar və yaxud 1,8% çoxdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 519 milyon dollar və yaxud 9,2%, son 1 ildə isə 608,3 milyon dollar və yaxud 11% artıb.