26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank: ötən il banklarda dolların orta satış qiyməti artıb

2020-ci ildə manatın ABŞ dollarına nəzərən rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

İl ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur.

Belə ki, kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1.6991, orta satış məzənnəsi isə 1.7025 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.009 manat və satış məzənnəsi arasında fərq isə 0.0025 manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər