27 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank “PSG Finans” BOKT-nin vəzifəli şəxsini 50 min manat cərimələdi – Səbəb?

Azərbaycan Mərkəzi Bankı “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edib.

Banker.az-a bu barədə AMB-dən məlumat daxil olub.

Mərkəzi Bank tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddəsinə müvafiq olaraq “PSG Finans” Bank Olmayan Kredit Təşkilatı MMC-nin vəzifəli şəxsi Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən 50 000 (əlli min) manat məbləğində cərimə edilmişdir.

Xatırladaq ki, “PSG Finans” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-un təsisçiləri 75%-lik payla “Practical Solutions Middle East FZ” şirkəti, eləcə də hər biri 12.5%-lik payla Faiq Məmmədov və “Chaparxana KFT” şirkətidir.

Son xəbərlər
Digər xəbərlər