26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank tenderləri baş tutmuş hesab edir

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Xalq qəzeti”nin 07.04.2017-ci il və 21.04.2017-ci il tarixli nömrələrində dərc edilmiş 3 lotdan ibarət açıq tender üzrə lot 1 və lot 2 Tender komissiyasının 23 may 2017-ci il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq baş tutmamış hesab edilmişdir. Bu barədə Banker.az-a Baş bankdan məlumat daxil olub.

Qeyd edək ki, Mərkəzi Bank Bakı şəhəri Rəşid Behbudov küçəsi 90 ünvanında yerləşən əsas inzibati binasında 1600 kVA-lıq transformator qurğusunun təchizatı və quraşdırılması işlərinin satın alınması, Mərkəzi ofisin və Sumqayıt ehtiyat mərkəzinin inzibati binalarında quraşdırılmış kəsintisiz elektrik mənbələri (UPS) üçün ehtiyat hissələrinin təchizatı və quraşdırılması işlərinin satın alınması üzrə tender elan etmişdi.

Son xəbərlər
Digər xəbərlər