26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bank xəzinə fəaliyyətinə dair 10 manatlıq şirkətlə anlaşdı

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Safenerji” adlı şirkətlə müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının xəzinə infrastrukturunun fəaliyyətini təmin etmək məqsədi ilə elektirikli yükqaldiranlar üçün akkumulyatorların satın alınması məqsədilə elan edilmiş açıq tender üzrə “Safenerji” MMC qalib elan edilib.

Müqavilənin ümumi məbləği 13 min 502 manatdır.

Qeyd edək ki, “Safenerji” adlı şirkət 2014-cü ildə dövlət qeydiyyatına alınıb və bu şirkətin nizamnamə kapitalı 10 manatdır, qanuni təmsilçisi Heydər Rzayevdir.

Son xəbərlər
Digər xəbərlər