29 C
Baku
Monday, June 24, 2024

Mərkəzi Bank yeni BOKT-a lisenziya verdi

Azərbaycan Mərkəzi Bankının İdarə heyətinin qərarı ilə Bank Olmayan Kredit Təşkilatı “PAYONIX” MMC-yə lisenziya verilib və bununla da lisenziyalı BOKT-lərin sayı 54-ə yüksəlib.

Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda qeyd edilir.

“Payonix” Azərbaycanda ödəniş sistemi bazarında fəaliyətdədir. BOKT 2022-ci ildə təsis edilib. Şirkət təsis edilərkən 300 000 manat nizamnamə kapitalı vardı. Cari ilin yanvarından isə səhmdarlar daha iddialı həcmdə – kapitalı 1 300 000 manata yüksəldiblər.

Təsis edilərkən direktor Anar Fətəliyev Akif oğlu təyin edilsə də, sonradan onu Elnur Əliyev Nüslət oğlu (təkbaşına rəhbəri) əvəzləyib.

BOKT-nin Müşahidə Şurasının sədri  Anar Fətəliyev Akif oğlu, Müşahidə Şurasının üzvləri isə Gumru Eyvazova Kərim qızı və Nurlan Vəliyev Mahal oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər