25 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankdakı vəzifəsini tərk edib

Azərbaycan Respublikası Mərkəzi Bankının mərkəzi aparatının struktur bölməsi olan İqtisadi maarifləndirmə şöbəsinin müdiri vəzifəsini tərk edib.

Bu barədə Banker.az saytının əldə etdiyi məlumatda deyilir.

Məlumata əsasən vəzifəsini tərk edən şəxs, Babayeva Ülkər Həsən qızıdır.

Vəzifəyə hələki heç bir təyinat olmayıb, vakantdır.

Şöbənin əsasnaməsinə görə, bu strukturda vəzifəyə təyin etmə və azad etmə hüququ AMB sədrinə (Elman Rüstəmov) məxsudur.

Qeyd edək ki, Şöbənin fəaliyyətinin əsas məqsədi ölkədə iqtisadiyyat və maliyyə üzrə müasir bilik və bacarıqların formalaşmasını, yayılmasını və bu istiqamətdə bütün işlərin səmərəli təşkilini təmin etməkdir.

ulkar babayeva
Ülkər Babayeva

 

Son xəbərlər
Digər xəbərlər