26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankdan valyuta hərracı açıqlaması

“10 mart 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş valyuta hərracında 323,2 milyon ABŞ dolları məbləğində təşkil etmiş tələb tam şəkildə təmin edilmişdir”.

Bu barədə Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

“Eyni zamanda, bankların nağd valyutaya olan tələbləri də tam təmin olunmuşdur”,- məlumatda deyilir.

Uzun müddətdir Mərkəzi Bank valyuta hərracından sonra satılmış həcmi açıqlamırdı.

10 mart 2020-ci il tarixindəki hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılmlşdı. Bir hərracda 323,2 milyon ABŞ dolları məbləğində ABŞ valyutasının satılması bankların tələbinin artdığına işarədir.

Son xəbərlər
Digər xəbərlər