Mərkəzi Bankın faiz qərarına dair proqnoz: “Faiz dərəcəsi yenidən endirilə bilər”

0
Elman Sadıqov

Bildiyimiz kimi bu gün (26 iyul 2019-cu il tarxidə) Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin növbəti iclası keçiriləcək. 

AMB sonuncu iclasında faiz dərəcəsinə dair qərarında uçot dərəcəsinin 8,75%-dən 8,5%-ə endirilməsi haqqında qərar qəbul etmişdi. Faiz dəhlizinin yuxarı həddi 10,5%, aşağı həddi isə 6,5% (uçot dərəcəsinə ±2%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilmişdi.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Maraqlıdır iqtisadçılar bununla bağlı hansı qənaətdədir?

İqtisadçı-ekspert Elman Sadıqov Banker.az saytına açıqlamasında deyib ki, Mərkəzi Bank faiz dərcəsini yenidən endirə bilər.

Eksper düşünür ki, AMB faiz dərcəsini 0,25-0,50 faiz bəndi endirilməsi mümkündür.

Proqnozunun əsası kimi, neftin qiymətindəki stabillik və baş requlyatorun inflyasiya hədəfinə çatmasını göstərir:

“Makroiqtisadi və maliyyə sabitliyinə nail olunub. Tədiyyə və ticarət balanslarında müsbət saldo var və davam edəcəyi də yaxın müddətdə ehtimalı yüksəkdir.

Hətta düşünürəm ki, inflyasiyanın 3-3.5 % ətrafında olması hər hansı çətinlik yaratmaz, əksinə daha məqsədəuyğun olar. İnflyasiya aşağı olduğu üçün yüksək faizli uçot dərəcəsinin endirilməsi də təbiidir.”- deyə, Elman Sadıqov bildirib.