26 C
Baku
Saturday, July 27, 2024

Mərkəzi Bankın notları üzrə gəlirlilik düşüb – Hərraclardan biri baş tutmadı

8 fevral 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 4 müxtəlif tarixi əhatə edən notları üzrə hərrac keçirilib.

Banker.az bu barədə BFB-yə istinad edir.

Ümumilikdə AMNB yerli təşkilatlardan 90 mln. vəsait cəlb edib.

28 gün qısamüddətli notlar

İnvestor və sifariş sayı: 5

Notların kəsmə qiyməti: 99,504.6878 (6.40%) manat

Orta ölçülmüş qiyməti: 99,505.8115 (6.39%) manat

Məbləğ: 30 mln. manat

84 günlük Qısamüddətli Notlar

Hərrac zamanı investorlar tərəfindən təklif olunan sifarişlər buraxılış şərtlərində Emitent tərəfindən iştirakçı sayı ilə bağlı müəyyən edilmiş tələbə uyğun olmadığından hərrac baş tutmayıb.

168 gün tədavül müddətli notlar

İnvestor və sifariş sayı: 7

Notların kəsmə qiyməti: 96,968.1298(6.70%) manat

Orta ölçülmüş qiyməti: 97,001.6755 (6.62%) manat

Məbləğ: 30 mln. manat

252 gün tədavül müddətli notları

İnvestor və sifariş sayı: 8

Notların kəsmə qiyməti: 95,520.107 (6.70%) manat

Orta ölçülmüş qiyməti: 95,544.2638 (6.66%)  manat

Məbləğ: 30 mln. manat

Son xəbərlər
Digər xəbərlər