2 C
Baku
Sunday, February 25, 2024

Mərkəzi Bankın rəhbəri: Azərbaycan neftdən asılı deyil

Azərbaycan postneft dövrünə qədəm qoydu.

Banker.az Trend-ə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Mərkəzi Bankın sədri Elman Rüstəmov Heydər Əliyev Mərkəzində Regionların 2014-2018-ci illərdə Dövlət İnkişaf proqramının həyata keçirilməsinin ikinci ilinin yekunlarına həsr edilmiş konfrans çərçivəsində keçirilən bank fəaliyyəti üzrə sessiyada bəyan edib.

“Bizim əsas gəlirlərimiz qiyməti dörd dəfə ucuzlaşan neftdən asılıdır. Faktiki olaraq indi ölkədə postneft dövrü başlayıb”, – Rüstəmov deyib.

Onun sözlərinə görə, Türkiyə və Gürcüstan enerji daşıyıcılarının qiymətlərindən həm iqtisadi, həm də siyasi planda çox asılıdırlar.

“Azərbaycan neftin qiymətlərindən asılı deyil, bizdə elə neft iqtisadiyyatı olmalıdır ki, təhlükəsizlikdə olaq”, – Rüstəmov deyib.

“Neft sektorunda 80 min adam çalışır. Azərbaycanda əhalinin 4,8 milyonu əmək qabiliyyətlidir. Bu gün biz büdcəni qeyri-neft sektorundan gələn gəlirlərlə zənginləşdirməliyik.

Faktiki olaraq 30-40-cı illərə planlaşdırılan postneft dövrü 25 il öncə gəldi. Biz elə bir inkişaf dinamikası əldə etməliyik ki, geriyə qayıdış olmasın”, – Mərkəzi Bankın rəhbəri bildirib.

Son xəbərlər
Digər xəbərlər