9 C
Baku
Friday, December 13, 2024

“Məhdudlaşdırıcı tədbirlərin fonunda dollar kütləsinin həcmində azalma olmayıb”

Ekspert Samir Əliyev Mərkəzi Bankın son dövrlər dollarla bağlı addımları haqqında danışıb. Onun bildirdiyinə görə: “2016-cı ilin yanvar-fevral aylarında Neft Fondu və Mərkəzi Bank birlikdə hərrac vasitəsilə 2 milyarddan 39 milyon çox dollar satıb. 2017-ci ilin analoji dövründə valyuta bazarına bir qədər çox – təxminən 2 milyard 80 milyon dollar yönəldilib. Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, qalanı isə (2279 milyon manat) makroiqtisadi sabitlik üçün Mərkəzi Bankda köçürülüb. Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çoxu hissəsi onun valyuta ehtiyatlarına yönəldilib. Buna baxmayaraq təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib. Üstəlik bir sıra sərt inzibati tədbir – pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın məhdudlaşdırılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata dəstək verib.”

Ekspert bildirir ki, bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib: “Daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir. Hazırda valyuta bazarının yeganə donoru Neft Fondudur. Alternativ mənbələr isə yox dərəcəsindədir. Deməli, möcvud məhdudlaşdırmalar aradan qaldırılsa, bunların bir hissəsinin qaldırlması labüddür, dollara tələbat yenidən artacaq.”

Son xəbərlər
Digər xəbərlər